Şəmkirdə dəhşətli qəza:

1743139612_qeza123

Şəmkirdə ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə “VAZ 2106” ilə “KİA” markalı minik avtomobilləri toqquşub.

Yol qəzası nəticəsində ikisi uşaq olmaqla 5 nəfər ölüb.

qəzasında ölənlərdən ikisinin kimliyi məlum olub.

APA-nın xəbərinə görə, bunlar 2009-cu il təvəllüdlü E. Məmmədov və 1988-ci il təvəllüdlü İ. Məmmədovadır.

Qəza zamanı daha 5 nəfərin xəsarət aldığı bildirilir.

AzPost.az