Saakaşvili başsağlığı verdi –"İlham Əliyevin prinsipiallığına heyranam"

Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili Bakı-Qroznı sərnişin təyyarəsinin qəzası ilə bağlı Prezident İlham Əliyevə başsağlığı verib.

Azpost.info bildirir ki, sabiq prezident bu barədə sosial şəbəkədəki rəsmi prfilində paylaşım edib.

“Həbsxananın iş qrafikinə görə, Azərbaycan mülki təyyarəsinin qəzaya uğraması ilə bağlı yalnız bu gün xəbər tutdum. Gec də olsa başsağlığı verirəm. Bütün həlak olanların ailələrinin kədərini bölüşür, həmçinin bütün yaralananların tezliklə sağalmasını arzulayıram.

Prinsipiallıq ən yüksək ləyaqət nümayiş etdirən və özünü xalqının əsl lideri kimi aparan, bütün həqiqəti deyən, Rusiya tərəfinin ikiüzlüyünü ifşa edən Prezident Əliyevin fəaliyyətinə heyranlığımı ifadə etməyə bilmərəm”.

 

 

Əvvəlki məqalə

“Milan”ın baş məşqçisi vəzifəsindən qovuldu

Sonrakı məqalə

İsrail yazıçısı Fələstin sakinlərinin “soyqırımı”na görə vətəndaşlıqdan imtina etdi