Gürcüstanın lideri olduğu “Vahid Milli Hərəkat” 3 oktyabra hazırlığa başlayıb.
Azpost.info bildirir ki, Gürcüstanın ən böyük siyasi müxalifət partiyası olan “Milli Hərəkat” bu dəqiqələrdə mərkəzi ofisə toplaşıb. Partiya liderləri Mixail Saakaşvilinin həbsindən sonra hərəkət planını müzakirə edirlər.
“Saakaşvili öz gücü daxilində hər şeyi etdi. İndi növbə sizindir. Siz sabah seçkilərə getməli və mövqeyinizi nümayiş etdirməlisiniz. Başqa planımız yoxdur. Sabah biz ölkəni azad edəcəyik. Sizi bazar günü qələbəmizi qeyd etməyə dəvət edirik”-deyə partiyanın liderlərindən olan Levan Xabeişvili müraciətində bildirib.
Qeyd edək ki, bu gün axşam Gürcüstanın hüquq-mühafizə əməkdaşları sabiq prezident Mixeil Saakaşvilini Gürcüstanda saxlayıblar.