Gürcüstanın sabiq prezidenti sosial şəbəkədə Gürcüstanda olması barədə qəribə status paylaşıb.
Azpost.info bildirir ki, eks-prezident “Sabahın xeyir, Gürcüstan! 8 ildən sonra” yazıb.
Saakaşvili ötən günlərdə verdiyi bəyanatda bildirmişdi ki, oktyabrın 2-də vətənə dönəcək və artıq təyyarəyə bilet alıb.
Bu statusun nə mesaj daşıdığı hələki aydın deyil. Gürcüstan DİN Saakaşvilinin ölkədə olub-olmadığı barədə heç bir rəsmi açıqlama verməyib. Hazırda Saakaşvilinin harada olması məlum deyil.