Gürcüstanın sabiq prezidenti Saakaşvili reanimasiyaya köçürülür.
Azpost.info bildirir ki, bu barədə “Milli Hərəkat” partiyasının üzvü Georgi Çiladze jurnalistlərə bildirib.
“Saakaşvilinin vəziyyəti çox ağırdır, kritik haldadır. Onun həyat əhəmiyyətli göstəriclərini mühafizə etmək üçün onun reanimasiya şöbəsində olması zərurudir”-deyə o bildirib.
Sabiq prezidentin ailə üzvləri onun sağlamlıqla bağlı vəziyyətini şərh etməyib.
