Saakaşvili səhhəti pisləşdiyindən xəstəxanaya aparılıb

08 Noyabr 2021 - 19:34

Gürcüstanın sabiq Prezidenti Mixeil Saakaşvili sağlamlıq vəziyyətinin pisləşməsi ilə əlaqədar helikopterlə Gldani Həbsxana Hospitalına köçürülüb.

Bu barədə Gürcüstan Ədliyyə Nazirliyinin Xüsusi Penitensiar Xidməti məlumat yayıb. Qeyd olunub ki, sabiq Prezidentin sağlamlıq vəziyyətinin pisləşməsinin qarşısını almaq məqsədi ilə saxlanıldığı 12 saylı Rustavi cəzaçəkmə müəssisəsindən 18 saylı Gldani Həbsxana Hospitalına transfer edilib.

Qeyd edək ki, bu gün səhər M. Saakaşvilinin şəxsi həkimi bildirib ki, Səhiyyə Nazirliyi tərəfindən yaradılan həkimlər şurası sabiq Prezidentin səhhəti pisləşdiyindən təcili olaraq xəstəxanaya yerləşdirilməi ilə bağlı yekdil nəticəyə gəlib.