Saakaşvili Ukrayna Milli İslahat Şurası İcra Komitəsinin sədri təyin ediləcək

Gürcüstanın sabiq Prezidenti, Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili Ukrayna Milli İslahat Şurasının İcra Komitəsinin sədri vəzifəsinə təyin ediləcək.

APA-nın xəbərinə görə, bu barədə “Deutche Welle” məlumat yayıb.

Saakaşvili məlumatı təsdiqləsə də, təyinatın dəqiq vaxtını açıqlamayıb.

Qeyd olunub ki, Ukrayna Prezidenti M. Saakaşvilinin səlahiyyətlərini artıracaq və ona Nazirlər Kabinetinin iclasında iştirak hüququ verəcək.

Milli İslahat Şurasının İcra Komitəsi katibinin isə Ukrayna Prezidentinin olacağı bildirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Cənubi Koreya kəşfiyyatı Kim Çen Inın xəstəliyi barədə şayiələri təkzib edib

Sonrakı məqalə

Regionlar üzrə müəllimlərlə onlayn müsahibələrə start verilir