Saakaşvilidə təhlükəli beyin xəstəliyi aşkarlanıb, ölə bilər

19 Noyabr 2021 - 16:59

Gürcüstanın eks-prezidenti, hazırda həbsdə olan Mixeil Saakaşvilidə təhlükəli beyin xəstəliyi aşkarlanıb.

Bu barədə Gürcüstan Ombudsmanı Aparatının bəyanatında bildirilir.

Bəyanatda qeyd olunur ki, siyasətçi komaya düşə, nəticədə ölə bilər.

Qeyd edək ki, Gürcüstan Ombudsmanı tərəfindən yaradılan mütəxəssislərdən ibarət qrup həbsdə olan M. Saakaşvilini müayinə edib.