Sabah Almaniya XİN rəhbərinin Orta Asiyaya səfəri başlayır- Kimlərlə görüşəcək?

Almaniyanın xarici işlər naziri Annalena Berbok oktyabrın 30-da Qazaxıstan və Özbəkistana üç günlük səfərə gedəcək.

Azpost.info xəbər verir ki, bu barədə Almaniya XİN-dən bildiriblər.

Berbok Qazaxıstanın paytaxtı Astanada həmkarı Muxtar Tleuberdi ilə danışıqlar aparacaq. Özbəkistanın paytaxtı Daşkənddə isə nazirin bu ölkənin xarici işlər naziri Vladimir Norovla danışıqları və alman-özbək təhsil mərkəzinə baş çəkməsi planlaşdırılır.

Bundan sonra Berbok Səmərqənddə Almaniyanın dəstəyi ilə tikilən suvarma sistemləri ilə tanış olacaq.

Almaniya XİN-dən bildiriblər ki, Berboku enerji və infrastruktur sahəsində mütəxəssislərdən ibarət nümayəndə heyəti müşayiət edəcək.

Berbok Orta Asiya respublikalarına səfərindən sonra G7 ölkələrinin xarici işlər nazirlərinin Almaniyada keçirilən sammitinə gedəcək. Sammitin əsas mövzusu Rusiyanın Ukraynaya müdaxiləsi, Çin və İranla münasibətlər olacaq.

Azpost.info

Əvvəlki məqalə

Sabaha olan hava proqnozu

Sonrakı məqalə

“Rusiya Ukraynada 70 mindən çox hərbi qulluqçusunu itirib”