Sabah axşam yağış yağacaq

Sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacağı, axşama doğru isə bəzi yerlərdə yağış yağacağı gözlənilir. 

Gün ərzində güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 7-9°, gündüz  9-12° isti, Bakıda gecə 7-9°, gündüz  10-12° isti olacaq. Atmosfer  təzyiqi 758 mm civə sütunundan 768 mm civə sütununa enəcək. Nisbi rütubət 80-90 % olacaq.   

Dekabrın 2-də Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 4-9° isti, gündüz  10-15° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 2-7° isti olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bakıda yataqxanada yanğın –

Sonrakı məqalə

Milli Şura parlament  seçkiləri ilə bağlı bəyanat verdi: