Dekabrın 2-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İsveçdə görüşəcək. Bunu Avropa İttifaqının xarici siyasət qurumunun nümayəndəsi Lük Pyer Devin deyib. O bildirib ki, görüşün ATƏT nazirlər konfransı çərçivəsində keçirilməsi nəzərdə tutulur. (Trend)