Sabah deputatlar koronavirusa qarşı ikinci dəfə peyvənd olunacaqlar

21 Mart 2021 - 09:35

Sabahdan Milli Məclis deputatlarının koronavirusa (COVİD-19) qarşı vaksinasiyasının ikinci mərhələsi başlayacaq.

Peyvəndin ikinci dozası birinci dozadan 28 gün keçdikdən sonra vurulmalıdır.

Qeyd edək ki, fevralın 22-dən Milli Məclis deputatlarına peyvəndin birinci dozasının vurulmasına başlanılıb. (APA)