“Sabah” Finlandiya klubunu məğlub etdi –UEFA Çempionlar Liqası

Azərbaycanın UEFA Çempionlar Liqasındakı təmsilçisi “Sabah” II təsnifat mərhələsində ilk oyuna çıxıb.

Bakı klubu Bakıda Finlandiyanın KuPS komandasını qəbul edib.

“Bank Respublika Arena”da keçirilən görüş Azərbaycan çempionunun 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 45+1-ci dəqiqədə Velko Simiç vurub.

Qeyd edək ki, komandalar arasında cavab oyunu iyulun 28-də Finlandiyada keçiriləcək. Bu cütün qalibi III təsnifat mərhələsində “Orxus” (Danimarka) – “Lex” (Polşa) duelinin güclüsü ilə qarşılaşacaq.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.