“Sabah” klubuna yeni baş məşqçi təyin olunub –FOTO

“Sabah” futbol klubuna yeni baş məşqçi təyin olunub.
Bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Klub rusiyalı mütəxəssis Vasili Berezutski ilə 2,5 illik müqavilə bağlanıb.
Gənc mütəxəssis daha öncə Niderlandın “Vitess” (2018-2019), Rusiyanın ÇSKA (2020-2021, 2022), “Krasnodar” (2021-2022), həmçinin Çinin “Şanxay Şenxua” (2023-2024) klublarında köməkçi məşqçi kimi fəaliyyət göstərib. Moskvanın ÇSKA klubunda idman koordinatoru olub (2020).
Berezutski futbolçu kimi Rusiyanın “Torpedo-ZİL” və ÇSKA klublarında çıxış edib. O, Rusiya millisinin əsas komandasında 101 oyun keçirib.
Əvvəlki məqalə

Pakistan parlamentinin sədri Rusiyaya səfərə gəlir

Sonrakı məqalə

Ermənistan KTMT-nin Astana sammitində iştirakdan imtina edib