Sabah KTMT-nin fövqəladə sessiyası keçiriləcək –Ermənistan-Azərbaycan münasibətləri müzakirəyə çıxarılır

Oktyabrın 28-də Kollektiv Təhlükəsizlik Şurasının Ermənistana yardım tədbirlərinin müzakirə olunacağı fövqəladə sessiyası keçiriləcək.
Bu barədə KTMT məlumat yayıb.
“Oktyabrın 28-də Kollektiv Təhlükəsizlik Şurasının növbədənkənar sessiyası keçiriləcək. Sessiya zamanı KTMT-nin 2022-ci il sentyabrın 15-də Ermənistana göndərilmiş missiyasının işinin nəticələrinin müzakirəsi planlaşdırılır. Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsi ilə əlaqədar KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının Ermənistana yardım göstərilməsi üçün birgə tədbirlərin nəzərdən keçirilməsi də gözlənilir”, – deyə təşkilatın “Telegram” kanalında bildirilib.
Rusiya prezidenti Putin iclasda iştirak edəcək. KTMT-nin fövqəladə sessiyası Ermənistanın çağırışına əsasən keçirilir.
Əvvəlki məqalə

Ərdoğan İsrailin müdafiə naziri ilə görüşdü

Sonrakı məqalə

Azərbaycanda daha 36 nəfər COVID-19-a yoluxub