İyulun 13-də Rusiya prezidenti Vladimir Putinin Gələcək Texnologiyalar Forumunda geniş çıxışı olacaq.
Azpost.info xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, Rusiya prezidenti gənc alimlərlə də söhbət edəcək.
“Putin sabahkı foruma hazırlaşır. Bu, Gələcək Texnologiyalar Forumu olacaq. Gənc alimlərlə ünsiyyət quracaq. Orada Putinin kifayət qədər həcmli çıxışı gözlənilir”, – Peskov qeyd edib.
Azpost.info