Sabah yağış yağacaq-HAVA PROQNOZU

Sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, yağışın gecə və səhər yarımadanın bəzi yerlərində intensivləşəcəyi ehtimalı var.

Axşama doğru hava əsasən yağmursuz olacaq. Mülayim şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu  gecə 5-7° isti, gündüz  8-10° isti, Bakıda gecə 5-7°, gündüz  8-10°  isti olacaq.

Atmosfer  təzyiqi 760 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək.  Nisbi rütubət 85-95 % olacaq.   

Dekabrın 9-da Azərbaycanın rayonlarında bəzi yerlərdə yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı şərq rayonlarında intensiv olacağı ehtimalı var. Gündüz əksər rayonlarda hava əsasən yağmursuz, ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1-6° isti, gündüz  7-12° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 0-5° isti olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Milli Məclisin deputatı Yevda Abramovla vida mərasimi başa çatıb –

Sonrakı məqalə

Azərbaycan XİN Ukraynaya başsağlığı verib