Güclü maqnit qasırğaları bazar ertəsi Yer kürəsini vuracaq və bu proses bütün gün davam edəcək.
Bu barədə Rusiya Günəş Astronomiyası Laboratoriyası məlumat yayıb.
Məlumata görə, maqnit qasırğalarına sentyabrın 14-də günəşdə baş verən güclü partlayışı səbəb olub.
Sentyabrın 16-da güclü maqnit qasırğası ehtimalı 30%, sentyabrın 17-də 35% səviyyəsində qiymətləndirilir. Maqnitosfer yalnız çərşənbə axşamı günortadan sonra yenidən sakitləşəcək.