Ermənistanın baş naziri Nikol Paşinyan Tbilisiyə gedəcək.
Bu barədə “Sputnik-Qruziya” məlumat yayıb.
Paşinyan sentyabrın 16-da Tbilisiyə gələcək, onun Gürcüstanın baş naziri İrakli Kobaxidze ilə təkbətək və geniş tərkibdə görüşü gözlənilir. Bundan sonra mediaya açıqlamalar planlaşdırılır.