Sabaha olan hava proqnozu

Milli Hidrometeorologiya Xidməti yanvarın 9-na gözlənilən hava şəraitini açıqlayıb.

Xidmətdən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 4-6° isti, gündüz 8-10° isti, Bakıda gecə 4-6° isti, gündüz 8-10° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunundan 765 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında Əsasən yağmursuz. Lakin gecə bəzi yerlərdə yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Bəzi yerlərdə duman. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 7-11° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 2-7° isti olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Rusiya desant qoşunlarının yeni birləşmələri Qazaxıstana daxil olub” –

Sonrakı məqalə

Putin və Qazaxıstan Prezidenti telefonla danışdı –