Sabahın hava proqnozu açıqlanıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti dekabrın 22-də müşahidə olunacaq hava proqnozunu açıqlayıb.

Departamentdən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Bəzi yerlərdə duman, çiskinli olacağı ehtimalı var. Cənub küləyi əsəcək.

Havanın temperaturu  gecə 4-7° isti, gündüz  9-11° isti, Bakıda gecə 4-6°, gündüz  9-11° isti olacaq. Atmosfer  təzyiqi norma daxilində  764 mm  civə sütunu təşkil edəcək. 

Nisbi rütubət 70-80 % olacaq.   

Azərbaycanın rayonlarında əsasən yağmursuz, bəzi yerlərdə duman, şərq rayonlarında çiskinli olacaq, qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 3-8° isti, gündüz  9-14°  isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 6-11° isti olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Sabah Azərbaycanda qış fəsli başlayacaq

Sonrakı məqalə

Axtarışda olan 24 nəfər saxlanılıb –