Sabahkı Şuşa ziyarəti bizim üçün çox anlamlı olacaq- Türkiyə Ali Məhkəməsinin sədri

“Azərbaycana ilk dəfə gəldiyimizdən fərqli həyəcan yaşayırıq. Sabahkı Şuşa ziyarəti bizim üçün çox anlamlı olacaq”.

Bunu Türkiyə Ali Məhkəməsinin sədri Ömər Kərkəz Bakıda jurnalistlərə müsahibəsində deyib.

O, fikirlərinə belə davam edib: “Azərbaycan Respublikasının Ali Məhkəməsinin sədri İnam Kərimovun dəvəti ilə Türkiyə Ali Məhkəməsinin nümayəndələri olaraq Azərbaycana rəsmi səfərə gəldik. Məqsədimiz həm ölkəni gəzmək, həm də ikili münasibətləri daha da inkişaf etdirməkdir. Dünəndən bəri Azərbaycandayıq. Burada özümüzü öz ölkəmizdəki kimi hiss edirik. Türkiyə-Azərbaycan qardaşlığı dünyaya iki ölkə arasında örnək olacaq münasibətdir. Bu gün Ulu Öndər Heydər Əliyevin, Azərbaycan və Türkiyə şəhidlərinin abidələrini, həm də məzarlarını ziyarət etdik”.

Əvvəlki məqalə

AFFA İcraiyyə Komitəsinin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

Sonrakı məqalə

Əli Kərimliyə qarşı xüsusi ittiham qaydasında şikayət icraata götürülüb