Sabiq baş nazir Bleyerin ali cəngavər ordenindən məhrum edilməsi tələb olunur

02 Yanvar 2022 - 10:00

Böyük Britaniyanın keçmiş baş naziri Toni Bleyerin ölkənin ən yüksək mükafatı hesab edilən Qarter ordenindən (Böyük Britaniyanın ali cəngavər ordenidir, 1348-ci ildə təsis olunub – red.) məhrum olunmasını tələb edən petisiya yarım gün ərzində 100 mindən çox imza toplayıb.

Bu barədə “change.org” saytı məlumat yayıb.

“Toni Bleyerair Birləşmiş Krallığın konstitusiyasına və cəmiyyət quruluşuna düzəlməz zərər vurub. O, çoxlu sayda günahsız mülki şəxsin ölümünə və müxtəlif münaqişələrdə iştirakına görə şəxsən məsuliyyət daşıyır. O, hərbi cinayətlərə görə cavab verməlidir. Toni Bleyer hər hansı bir hökumət mükafatına layiq görülməyə şəxsdir”, deyə petisiyada deyilir.

Qeyd edək ki, Bleyer 1997-2007-ci illərdə Britaniyanın baş naziri vəzifəsində çalışıb. Bu müddət ərzində Britaniya İraq və Əfqanıstana hücumlarda iştirak edib.