Sabiq deputat Rafael Cəbrayılov villasını satışa çıxarıb –

1 milyon 5 yüz min manata (FOTO)
03 Noyabr 2019 - 12:01

Rafael Cəbrayılov borclarını ödəmək üçün villasını 1.5 milyon manata satışa çıxarıb.
Qaynarinfo Real tv-yə istinadən xəbər verir ki, borc qalmaqalına görə deputat mandatı ləğv edilən Rəfael Cəbrayılov villasını borclarını geri qaytara bilməməsi ilə əlaqədar satışa çıxarıb.
Cəbrayılovun aldığı borclarla bağlı vətəndaşlar məhkəməyə müraciət ediblər. Hazırda iddia ərizəsinə mülki şəkildə baxılır. Əgər məhkəmədə dələduzluq və ya digər cinayətlər müəyyən edilsə, məhkəmə xüsusi qərar çıxarıb Baş Prokurorluğa göndərəcək. Yalnız bundan sonra sabiq deputat barəsində Baş Prokurorluqda araşdırma aparılacaq.