Sabiq deputat Rafael Cəbrayılov villasını satışa çıxarıb –1 milyon 5 yüz min manata (FOTO)

Rafael Cəbrayılov borclarını ödəmək üçün villasını 1.5 milyon manata satışa çıxarıb.
Qaynarinfo Real tv-yə istinadən xəbər verir ki, borc qalmaqalına görə deputat mandatı ləğv edilən Rəfael Cəbrayılov villasını borclarını geri qaytara bilməməsi ilə əlaqədar satışa çıxarıb.
Cəbrayılovun aldığı borclarla bağlı vətəndaşlar məhkəməyə müraciət ediblər. Hazırda iddia ərizəsinə mülki şəkildə baxılır. Əgər məhkəmədə dələduzluq və ya digər cinayətlər müəyyən edilsə, məhkəmə xüsusi qərar çıxarıb Baş Prokurorluğa göndərəcək. Yalnız bundan sonra sabiq deputat barəsində Baş Prokurorluqda araşdırma aparılacaq.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Sabiq sovet zabiti, keçmiş aşpaz və milyonçu Mübariz Mənsimov:

Sonrakı məqalə

Türkiyədə dönərdən kütləvi zəhərlənmə –