Ona qarşı qaldırılmış bütün federal ittihamlar üzrə təqsirli bilinərsə, ABŞ-ın sabiq prezidenti Trampı 100 il həbs cəzası gözləyir.
Azpost.info-nun məlumatına görə, ABC News öz mənbələrinə istinadən bildirib ki, keçmiş prezident Tramp ən azı yeddi ittihamla üzləşib.
Eks-prezident ədalət məhkəməsinə mane olmaq üçün sui-qəsddə ittiham olunur. Buna görə onu 20 ilə qədər həbs cəzası gözləyə bilər. Siyasətçi həmçinin federal araşdırma zamanı sənədləri gizlətməkdə təqsirli bilinərsə, 20 il, sənədləri və ya qeydləri korrupsiya yolu ilə gizlətmyə görə daha iki dəfə ardıcıl 20 il həbs cəzası gözləyir.
Tramp həm də “milli müdafiə ilə bağlı məlumatları qəsdən saxlamaqda” ittiham olunur. Bu maddəyə görə maksimum cəza 10 il həbsdir. Tramp daha iki ittiham üzrə- xüsusən də yalan ifadə və sui-qəsd cəhdinə görə hər biri 5 il olmaqla azadlıqdan məhrum edilə bilər.
Qeyd edək ki, ABŞ hakimiyyəti keçmiş Prezident Donald Tramp və onun köməkçisi Uolt Nautanı 38 məxfi sənədləri düzgün saxlamamaqda ittiham edib.
Bu barədə Florida ştatının cənub dairəsi məhkəməsinin ittiham aktına istinadən məlumat yayıb.
Bildirilib ki, Trampa qarşı irəli sürülən ittihamlara 20 ilə qədər həbs cəzası, həmçinin cərimələr daxildir.
Azpost.info
