Sabirabadda 1 nəfər çayda batıb

20 İyul 2020 - 17:27

Sabirabadda 1 nəfər çayda batıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, nazirliyinin “112” qaynar telefon xəttinə Kür çayının Sabirabad rayonu, Əsgərbəyli kəndi ərazisindən keçən hissəsində 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) batması barədə məlumat daxil olub. Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.