Sabunçuda ev yanıb-İki azyaşlı tüstüdən zəhərlənərək ölüb

Bakı şəhərində fərdi yaşayış evi yanıb. 

Hadisə paytaxtın Sabunçu rayonunun Yeni Ramana qəsəbəsində qeydə alınıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri cəlb edilib.

Həyata keçirilən tədbirlər nəticəsində alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.  Yanğın zamanı iki azyaşlı tüstüdən zəhərlənib. Onlar xəstəxanaya aparılarkən yolda ölüblər. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Mənim trollar ordusuna rəhbərlik etməyim barədə deyilənlər böhtandır” –

Sonrakı məqalə

Donald Tusk Avropa İttifaqı Şurasının sədri postunu tərk etdi