Şadlıq sarayından 10 min manatlıq oğurluq edən şəxslər yaxalanıblar

04 Yanvar 2021 - 17:30

Sabunçu rayonunda oğurluq edən şəxs yaxalanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, rayon polis idarəsinin 13-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki şadlıq saraylarının birindən 10 min manat dəyərində 450 oturacaq, iki televizor və led işıqlandırıcı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri R.Kərimov, Y.Yusifov və A.Abbasov saxlanılıblar.

Davam etdirilən tədbirlər nəticəsində A.Abbasovun yaşadığı evə baxış zamanı oradan üç qram heroin və doqquz qram metamfetamin aşkarlanaraq götürülüb.

Faktla əlaqədar təhqiqat aparılır.