Sağalan insanların yenidən koronavirusa yoluxmayacaqlarına dair sübut yoxdur –ÜST "sağlamlıq pasportu"nun verilməsinə etiraz etdi

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) şənbə günü COVID-19-dan sağalan insanların koronavirusa qarşı antitellərinin olduğuna dair hazırda “heç bir dəlilin” olmadığını bildirib.

Azpost.info “Amerikanın Səsi”nə istinadən bildirir ki, təşkilat elmi brifinq zamanı hökümətlərə virusa yoluxmuş insanlara “immunitet pasportu” və ya “riskdən azad olduqlarına dair sertifikat” verilməsinin əleyhinə xəbərdarlıq edib. Çünki onların dəqiqliyinə zəmanət verilə bilməz.

Əksinə, ÜST-ün bildirdiyinə görə, bu, virusun yayılma riskini artıra bilər çünki xəstəlikdən sağalan insanlar virusa qarşı standart tədbirləri görməklə bağlı tövsiyyələrə məhəl qoymaya bilər.

Bəzi hökümətlər COVID-19 xəstəliyinə səbəb olan SARS-Co V-2 virusuna qarşı antitellərin aşkar edilməsinin bəzi insanların virusa yenidən yoluxmağa qarşı qorunduğunu fərz edərək onlara “immunitet pasportu” və ya “riskdən azad olduqlarına dair sertifikat” verilməsi üçün əsas ola biləcəyinə işarə edib.

“Hazırda COVID-19-dan sağalan və antitelləri olan insanların ikinci dəfə virusa yoluxmayacaqlarına dair sübut yoxdur”,- ÜST deyib.

Çili ötən həftə xəstəlikdən sağalan insanlara “sağlamlıq pasportu” veriləcəyini bildirib. Onlar yoxlanışdan keçib, virusdan qoruyacaq antitellərinin olduğu müəyyən olunduğu halda, onlar iş yerlərinə geri dönə biləcəklər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Şirvanda üzərinə şkaf düşən 4 yaşlı uşaq ölüb

Sonrakı məqalə

Azərbaycanda daha 28 nəfər koronavirusa yoluxub –