Şagird zorakılığı ilə bağlı 6 saylı məktəbin rəhbərliyinə xəbərdarlıq edilib

“Bakı şəhəri 6 nömrəli məktəb-liseydə II sinif şagirdinin zorakılığa məruz qalması ilə bağlı səsləndirilən iddialar çərçivəsində aparılan araşdırmalardan sonra məktəb rəhbərliyinə xəbərdarlıq edilib”.

Bunu APA-ya açıqlamasında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Mehriban Vəliyeva deyib.

O bildirib ki, məktəbdə nəzarətin təşkili məsələsinə məsul olan pedaqoji heyətin bir hissəsi barədə isə intizam tənbeh tədbiri görülüb.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.