Şagirdlər Ziyafət Əsgərova enerji içkisi barədə sual veriblər:

“Niyə ziyandır?”
30 Sentyabr 2019 - 13:29

Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov parlamentin iclasında enerji içkilərindən söz açıb. 

Z.Əsgərov enerji içkiləri ilə bağlı problemlərin olduğunu deyərək, maarifləndirmə işlərinin aparılmasını vacib sayıb: “Keçən dəfə bir məktəbdə idim. Gəlib mənə sual verirdilər ki, Ziyafət müəllim, enerji içkiləri niyə ziyandır?”.

O qeyd edib ki, enerji içkilərinin ziyanlı olması haqqında maarifləndirmə işləri aparılmalıdır.

Xatırladaq ki, Milli Məclisin bu gün keçirilən iclasında deputat Qənirə Paşayeva da enerji içkilərinin zərərlərindən söz açıb. (Modern.az)