Siyavuş Novruzov:"Rafael Cəbrayılovun parlamentdə müzakirəsinə ehtiyac yoxdur"

Rafael Cəbrayılovla bağlı məsələ hüquqi müstəvidə həllini tapdı. Bunun nə mətbuatda, nə də parlamentdə müzakirəsinə ehtiyac yoxdur. Bu, dünyada baş verən hadisədir, istefa mədəniyyəti hər yerdə var. Deputat Rafael Cəbrayılov tərəfindən də bu addım atılıb”.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin iclasında hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.

S.Novruzov qeyd edib ki, vaxtilə Milli Məclisə namizədliyini irəli sürən, amma xalq tərəfindən etimad qazanmayanlar, xaricdə oturub Azərbaycanın əleyhinə iş aparanlar, qarayaxma ilə məşğul olanlar bu hadisədən sui-istifadə edirlər:

“Öz partiyasında əxlaq və mənəviyyatla məşğul ola bilməyənlər bu məsələni şişirdib ortaya çıxarırlar”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Bizim Cəbiş müəllim”in “Namiq”i:

Sonrakı məqalə

Şagirdlər Ziyafət Əsgərova enerji içkisi barədə sual veriblər: