Sağlam ürəyin açarı olan zoğal

İngiltərədəki “King’s College London” tibb təhsil müəssisəsi tərəfindən aparılan tədqiqatlar göstərir ki, zoğal ürək-damar xəstəliyi riski olan insanlarda ürək sağlamlığını yaxşılaşdıra bilər.

Tədqiqatçılar antioksidantla zəngin zoğalın damarlarda qan axınına təsirinin cəmi iki saatdan sonra başladığı barədə fikri irəli sürürlər. Tədqiqat çərçivəsində alimlər gündə 100 qram turş meyvə istehlak edən kişilərin bir aydan sonra ürək funksiyalarında əhəmiyyətli dərəcədə yaxşılaşma əlamətləri görməyə başladılar.

Araşdırmalar göstərdi ki, zoğal infeksiyaların qarşısını almağa kömək edir və diş əti xəstəlikləri, mədə xorası və xərçəng riskini azaldır.

“Food & Function” jurnalı bildirir ki, zoğal yemək sağlam ürəyin açarıdır. Mütəxəssislər şəkərli zoğal şirəsini içməkdənsə onu emal olunmamış formada istehlak etməyi məsləhət görürlər.

Orqanizmdəki damarlar daraldıqda ürəyə gedən qan axını azala bilər və bir sıra sağlamlıq problemlərinə və hətta infarkta səbəb ola bilər. Lakin zoğal damarları genişləndirir və hüceyrələri zədələnmədən qoruyaraq ürəyi sağlam saxlayır.

“Surrey” Universitetinin ürək-damar mütəxəssisi, professor Kristian Heiss qeyd edib ki, “Zoğal ürək-damar xəstəliyi riski olan insanlara əhəmiyyətli dərəcədə müsbət təsir göstərir. Eyni zamanda zoğal istehlakından sonra qanda tapılan xüsusi metabolitlər insan orqanizmi üçün faydalıdır.”

Əvvəlki məqalə

Prezident “Qafqaz Qartalı” təlimi ilə bağlı memorandumu təsdiqləyib

Sonrakı məqalə

Vətəndaşların 178 min manat pulunu ələ keçirən Fərid Abdinov həbs edilib