Sağlamlıq haqqında yanlış bəyannamə verən şagird və abituriyentlərin imtahan nəticələri ləğv olunacaq- DİM

Dövlət İmtahan Mərkəzi bu il buraxılış imtahanı verəcək şagirdlərin təqdim etməli olduğu sağlamlıq haqqında bəyannamə barədə məsələyə aydınlıq gətirib.

DİM-in mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə APA-ya açıqlamasında bildirib ki, şagirdlər imtahana buraxılış vərəqini çap edəndə bəyənnaməni də çap edəcəklər: “Yəni, bir vərəqdə imtahana buraxılış vərəqi, ardınca da bəyənnamə çıxacaq. Şagird bu bəyənnaməni çap edib imzalayır ki, son 15 gün ərzində onda və ya ailə üzvlərində koronavirus olmayıb və virusa yoluxmuş şəxslərlə təmasda olmayıblar. Bununla şagird məsuliyyəti öz üzərinə götürür və bəyənnaməni imzalayıb bizə təqdim edir. Biz bəyənnamədə də qeyd etmişik ki, hansısa şagirdin özü haqqında yanlış məlumat verdiyi aşkarlansa, onda onun imtahan nəticələri ləğv edilə bilər. Biz koronavirusu müəyyən etmirik, burada vətəndaş məsuliyyəti öz üzərinə götürür ki, son 15 gündə onda və ailə üzvlərində, eyni zamanda təmasda olduğu adamlarda koronavirus aşkarlanmayıb. Dediyim kimi, qəsdən gizlədən şagirdin nəticəsi ləğv oluna bilər. Bizim məqsədimiz budur ki, şagird bizi aldatmasın, özü bildirsin ki, xəstədir və ya sağlamdır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Təhsil Nazirliyinin qarşısında aksiyaya cəhd olub

Sonrakı məqalə

Azərbaycanda hansı orqan və toxumaların transplantasiya oluna biləcəyi açıqlanıb