Təhsil Nazirliyinin qarşısında aksiyaya cəhd olub- 7 nəfər saxlanılıb

Bir qrup şəxs Təhsil Nazirliyinin qarşısında xüsusi karantin rejimi qaydalarına zidd olaraq, müvafiq icra hakimiyyəti ilə razılaşdırmadan aksiya keçirməyə cəhd göstərib. 

Bakı şəhər Baş  Polis İdarəsinin Mətbuat Xidmətindən APA-ya verilən məlumata görə, əhalinin sıx olduğu ictimai yerdə sosial məsafənin, mövcud preventiv tədbirlərin şərtlərinin pozulması ilə müşayiət olunan cəhdin qarşısı ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən alınaraq, onların ərazidən uzaqlaşdırılması təmin olunub.

Ümumilikdə 7 nəfər saxlanılıb. Onlardan 6 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq protokol tərtib olunub, 1 nəfər aksiyanın təşkilatçısı barəsində toplanmış materiallar isə rayon məhkəməsinə göndərilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycanda bərbərxana və gözəllik salonları üçün onlayn növbə sistemi yaradılacaq

Sonrakı məqalə

Sağlamlıq haqqında yanlış bəyannamə verən şagird və abituriyentlərin imtahan nəticələri ləğv olunacaq