Şahbaz Şərif Pakistanın Baş naziri seçilib

Pakistan Müsəlman Liqasının sədri Şahbaz Şərif Pakistanın yeni baş naziri seçilib.

Milli Assambleyada (parlamentin aşağı palatası) səsvermə prosedurunu PTV News yayımlayıb.

Parlamentin aşağı palatasının yeni çağırış 336 deputatından 201-i PML liderinin lehinə səs verib. Onun Pakistan hökumətinin başçısı postu uğrunda mübarizədəki rəqibi – Milli Assambleyanın yeni çağırışının deputatlarına müstəqil namizəd kimi daxil olmuş Ədalət Uğrunda Hərəkat Partiyasının baş katibi Ömər Əyyub Xan cəmi 92 səs toplayıb.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.