Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Şahbuzda minaya düşərək xəsarət alan şəxsin vəziyyəti açıqlanıb

Orkhan Ali 12 Avqust 2024 - 12:38 (Last updated: 21 May 2025 - 20:15)
xestexana

Avqustun 11-də Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla təmas xətti olmuş və minalardan təmizlənməmiş “Qanlıgöl” yaylağı adlanan ərazisində mina partlayışı nəticəsində xəsarət alan Şərur rayon sakini Bəxtiyar Sultanovun vəziyyəti açıqlanıb.

Naxçıvan Muxtar Respublika Xəstəxanasının reanimasiya şöbəsinin müdiri Azər Məmmədov bildirib ki, 19 yaşlı yeniyetmənin vəziyyəti ağırdır: “Avqustun 11-i axsam saat 21:20 radələrində Şərur rayonu Mahmudkənd kənd sakini Bəxtiyar Soltanov bədən nahiyəsinin müxtəlif nahiyələrində xəsarətlərlə təcili tibbi yardım şöbəsinə daxil olub. Vəziyyəti hazırda ağır qiymətləndirilərək reanimasiya şöbəsinə yerləşdirilib. Hazırkı diaqnozu açıq kəllə-beyin travması, qansızma, baş-beyin ağır dərəcədə əzilməsi ilə reanimasiya şöbəsində müalicəsi davam etdirilir. Hazırda vəziyyəti ağırdır”.

Qeyd edək ki, avqustun 11-də Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla təmas xətti olmuş və minalardan təmizlənməmiş “Qanlıgöl” yaylağı adlanan ərazisində mina partlayışı hadisəsi baş verib. Hadisə nəticəsində 2005-ci il təvəllüdlü Şərur rayon sakini Bəxtiyar Sultanov müxtəlif dərəcəli xəsarətlər alıb. O, dərhal xəstəxanaya çatdırılıb.

Şahbuz rayon prokurorluğunun əməkdaşları tərəfindən prokuror-kriminalist və Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələrinin iştirakı ilə hadisə yeri müayinə olunub və digər zəruri prosessual hərəkətlər icra edilib.

Faktla bağlı Şahbuz rayon prokurorluğunda araşdırma aparılır.

Post navigation

Previous: Xarici ölkələrdə təhsillə bağlı Dövlət Proqramının müddəti uzadılıb
Next: ABŞ Olimpiya Oyunlarında medal sayına görə birinci yerə çıxıb

Oxşar xəbərlər

Hava
  • Sosial

Sabaha olan hava proqnozu

User 29 Oktyabr 2026 - 14:03
mektebli
  • Sosial

Məktəbdə jurnalistləri döyən şagird boksçu imiş

User 29 Oktyabr 2026 - 13:26
həbsxana
  • Sosial

Azərbaycanda həbsxanada 21 uşaq dünyaya gəlib

User 29 Oktyabr 2026 - 10:29

xƏBƏR

cesaret
  • QHT

“Dövlət qurumlarında işləmək istəyənlər ən azı 3 ay könüllü olmalıdır” – QHT sədrindən yeni qanun təklifi

User 29 Oktyabr 2026 - 14:06
“Bugünün könüllüsü sabahın dövlət qulluqçusu, özəl sektorun əməkdaşı və ya cəmiyyətin müxtəlif sahələrində çalışan peşəkar mütəxəssisidir. Könüllülük...
Read more about “Dövlət qurumlarında işləmək istəyənlər ən azı 3 ay könüllü olmalıdır” – QHT sədrindən yeni qanun təklifi
Sabaha olan hava proqnozu Hava
  • Sosial

Sabaha olan hava proqnozu

User 29 Oktyabr 2026 - 14:03
Rusiya Dneprdə elektrik qatarına PUA zərbəsi endirib, 13 nəfər ölüb Tatarıstana
  • Dünya

Rusiya Dneprdə elektrik qatarına PUA zərbəsi endirib, 13 nəfər ölüb

User 29 Oktyabr 2026 - 13:57
Mətbuat Şurası məktəbdə media əməkdaşının döyülməsi ilə bağlı açıqlama yayıb dava
  • Media

Mətbuat Şurası məktəbdə media əməkdaşının döyülməsi ilə bağlı açıqlama yayıb

User 29 Oktyabr 2026 - 13:53
Məktəbdə jurnalistləri döyən şagird boksçu imiş mektebli
  • Sosial

Məktəbdə jurnalistləri döyən şagird boksçu imiş

User 29 Oktyabr 2026 - 13:26
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.