Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • İqtisadiyyat

“Şahdəniz” platformasında texniki problem aradan qaldırılıb

User 19 Yanvar 2025 - 14:36 (Last updated: 21 May 2025 - 20:15)
Şahdəniz
“Şahdəniz Alfa” platforması 18 yanvar axşam saatlarından başlayaraq yenidən işə salınıb.
Azpost bildirir ki, bu barədə Şahdəniz qaz-kondensat yatağının işlənməsi layihəsinin operatoru olan BP şirkəti məlumat verib.
Şahdəniz Alfa platformasını Səngəçal terminalı ilə birləşdirən sualtı kondensat ixrac boru kəmərində yaranmış texniki problem tam həll edilib.

“Hazırda “Şahdəniz Alfa” platformasından hasilat və ixrac əməliyyatları tədricən artırılmaqdadır. Əməliyyatların normal səviyyəyə çatmasının daha bir neçə gün çəkəcəyi gözlənilir. Planlarımızı və fəaliyyətlərimizi SOCAR və digər tərəfdaşlarımızla koordinasiya etməklə onlarla yaxından işləməkdə davam edirik”, – deyə açıqlamada bildirilir.

BP-Azerbaijan Şahdəniz qaz-kondensat yatağındakı Alpha dəniz platformasında əməliyyatları qaz kondensatının nəqli üçün istifadə olunan sualtı qaz boru kəmərində baş verən texniki nasazlıq səbəbilə yanvarın 10-da dayandırılmışdı.

BP şirkətinin sözçüsü Tamam Bayatlı bildirmişdi ki, Platformanın özündə hər hansı problem yoxdur. “Texniki nasazlıq Alpha platformasını Səngəçal terminalı ilə birləşdirən sualtı boru kəmərində aşkar edilib. Ehtiyat tədbiri olaraq, platformada əməliyyatlar dayandırılıb”, Bayatlı qeyd edib.

Bayatlı vurğulayıb ki, platforma, onun personalı və əlaqəli qurğular tam təhlükəsizlikdədir.

Bakıdan 70 kilometr cənub-şərqdə, Xəzər dənizinin cənub hissəsində yerləşən Şahdəniz yatağı ilk dəfə 1954-cü ildə sovet geoloqları tərəfindən kəşf edilib. Bu ərazi, geoloji baxımdan, Xəzər dənizinin qalan hissəsindən Böyük Qafqaz və Köpetdağ dağ quruluşlarının sualtı davamları ilə ayrılan Cənubi Xəzər Çökəkliyinə aiddir.

“Şahdəniz” perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. “Şahdəniz” üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə Azərbaycan parlamentində ratifikasiya olunub.

2013-cü il dekabrın 17-də Bakıda imzalanmış sənədlərə görə “Şahdəniz” yatağının işlənməsi ilə bağlı PSA sazişinin müddəti 2036-cı ildən 2046-cı ilədək uzadılıb.

 

Post navigation

Previous: 21 ilin rekordunun təkrarı
Next: Kinoteatrlarda ötən il neçə yerli film nümayiş olunub? –

Oxşar xəbərlər

ciraq
  • İqtisadiyyat

“Çırağ”ın gətirdiyi qazanc…- 29 ilə 60 mlrd dollar

User 07 Noyabr 2026 - 13:17
neft
  • İqtisadiyyat

Azərbaycan neftinin qiyməti 107 dolları ötüb

User 07 Noyabr 2026 - 10:26
qaz tebii
  • İqtisadiyyat

Türkiyə Rusiyadan qaz alışını azaldır – Bayraktar səbəbi açıqladı

User 06 Noyabr 2026 - 19:32

xƏBƏR

Hakan Fidan
  • Dünya

Türkiyə Orta dəhlizlə bağlı planlarını açıqladı – Hakan Fidandan açıqlama

User 07 Noyabr 2026 - 16:50
Türkiyə Cənubi Qafqazdan keçən və regionu Türkiyə ərazisi ilə birləşdirən Orta dəhlizi beynəlxalq ticarət və nəqliyyat əlaqələrinin...
Read more about Türkiyə Orta dəhlizlə bağlı planlarını açıqladı – Hakan Fidandan açıqlama
Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat edib sevinc
  • Sosial

Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat edib

User 07 Noyabr 2026 - 15:32
Ukrayna ilə danışıqlara Putinin əsas adamları gedir – Heyətdə kimlər var? rus ukr bayraq
  • Dünya

Ukrayna ilə danışıqlara Putinin əsas adamları gedir – Heyətdə kimlər var?

User 07 Noyabr 2026 - 15:04
TRIPP layihəsi regionda hansı dəyişikliklərə yol aça bilər? – ABŞ-dan mesaj abs sefir ermenis
  • Dünya

TRIPP layihəsi regionda hansı dəyişikliklərə yol aça bilər? – ABŞ-dan mesaj

User 07 Noyabr 2026 - 14:59
Ərdoğan İlham Əliyevi təbrik etdi – “Böyük Zəfər Türk dünyasının qürur mənbəyinə çevrilib” ilham erdoqan
  • Baş Yazı

Ərdoğan İlham Əliyevi təbrik etdi – “Böyük Zəfər Türk dünyasının qürur mənbəyinə çevrilib”

User 07 Noyabr 2026 - 14:22
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.