Şahdağ Turizm Mərkəzi yenə 8 milyon zərər edib –Xərclər gəliri niyə üstələyir?

“Şahdağ Turizm Mərkəzi” QSC 2022-ci il üzrə maliyyə hesabatlarını açıqlayıb.

2022-ci ildə “Şahdağ Turizm Mərkəzi” 8 milyon 687,5 min manat xalis zərər edib. 2021-ci ildə şirkət 6 milyon 343.6 min manat xalis zərər açıqlamışdı.

Hesabat dövründə şirkətin birja əməliyyatlarından gəlirləri 56.3% artaraq 9 milyon 607,9 min manat, qeyri-birja əməliyyatlarından gəlirləri (dövlət büdcəsindən ayırmalar) 13.6% azalaraq 12 milyon 77 min manat, sair gəlirləri isə 38.5% azalaraq 783.9 min manat təşkil edib.

Eyni dövrdə satışın maya dəyəri 17% artaraq 12 milyon 44 min manata, inzibati xərclər 11.2% artaraq 16 milyon 299,3 min manata, maliyyə xərcləri isə 8.2 dəfə artaraq 153.3 min manata bərabər olub. Beləliklə xərcləri gəlirlərini üstələyən turizm mərkəzi 8 milyon 687,5 min manat əməliyyat zərəri ilə üzləşib.

2022-ci ildə “Şahdağ Turizm Mərkəzi”nin cəmi aktivləri 3.2% azalaraq 302 milyon 203.7 min manat, cəmi öhdəlikləri isə 37.3% azalaraq 1 milyon 874 min manat olub.

2023-cü il yanvar ayının 1-nə turizm mərkəzinin cəmi kapitalı 300 milyon 329.7 min manat təşkil edib ki, bu da illik müqayisədə 2.8% və ya 8 milyon 687,5 min manat azdır.

Qeyd edək ki, 397 milyon 506,5 min manat nizamnamə kapitalına malik olan turizm mərkəzinin yığılmış zərəri 97 milyon 176.8 min manata yüksəlib.

Azpost.info

Əvvəlki məqalə

“Muğam aləmi” VI Beynəlxalq Musiqi Festivalının açılış konserti olub

Sonrakı məqalə

Ceyhun Bayramov Britaniyaya işgüzar səfərə gedib