”Şahdağ” Turizm Mərkəzi iddialara CAVAB verib –"56 milyon dotasiya barədə deyilənlər doğru deyil" (RƏSMİ)

“Şahdağ” Turizm Mərkəzi iqtisadçı-ekspert Natiq Cəfərlinin Turizm Mərkəzi ilə bağlı açıqlamalarını  təkzib edib.

Bu barədə Turizm Mərkəzinin Azpost.info-ya göndərdiyi açıqlamada bildirilir.

Xatırladaq ki, Natiq Cəfərli  “Şahdağ Turizm Mərkəzi” QSC-nə 2023-cü ilin dövlət büdcəsindən 56 mln. manat dotasiya ayrılacağını qeyd edib və buna etiraz edib.

Mərkəzin açıqlamasında deyilir ki, ekspertin açıqladığı 56 milyon manat rəqəmi doğru deyil, “Şahdağ”a ayrılan dövlət subsidiyası 12 milyon manat təşkil edir. Kompleksin bütün digər xərcləri “Şahdağ”ın gəlirləri hesabına ödənilir.

N.Cəfərlinin adını “Şahdağ Turizm Mərkəzi”-nin idarəetməsində adını çəkdiyi PGI Management şirkətinin işinə də  aydınlıq gətirilib: “PGI kompleksin idarəedici şirkəti deyil, sadəcə xizək sürmə ilə bağlı bizə məsləhətlər verən, əməkdaşlarımızın kvalifikasiyasını artırılmasına köməklik göstərən, müəyyən auditlər aparan, yamacların hazırlanması və digər məsələlər ilə məşğul olan şirkətdir”-deyə Turizm Mərkəzinin açıqlamasında deyilir.

Qeyd olunub ki, PGI-nin rəhbərlik etdiyi kurortlar hazırda dövlət subsidiyaları almırlar: “Lakin bu, hər zaman belə olmayıb. Bir çox dünyaca məşhur xizək kurortları da ilkin mərhələsində ta ki, gəlir baxımından lazimi səviyyəyə çatana qədər  dövlət subsidiyaları alırdılar”.

 Şahdağ Turizm Kompleksi Mədəniyyət Nazirliyinə aid olmadığnı bildirib: “Bu kompleks Turizm Agentliyinin nəzarətindədir”.

Qeyd edilib ki, son 4 ildə Şahdağa ayrılan subsidiyalar, ümumilikdə bu kompleksin xərcləri dəfələrlə azaldılıb: “Şahdağ” gəlirinin böyük hissəsini dövlət vergisi, əmək vergisi, əmlak vergisi, ƏDV və s. ödəyən şirkətdir. Bildirmək istərdik ki, Şahdag TM QSC, Dovlət Turizm Agentliyi tabeliyində fəaliyyət göstərir və nizamnamə fondunun 100 % payı dövlətə mexsusdur.

“Şahdağ QSC nin tikintisi ilkin mərhələsində 546 775 725 manata başa gəlmişdir ki, bu da QSC-nin nizamnamə kapitalında öz əksini tapmışdır. 2022 ci il dövlət büdcəsindən 12 077 000 manat QSC (ƏDV daxil) vəsait ayrılmışdır ki bu vəsaitin 1842254 manatı ƏDV vergisidir, 2022 ci il 12 639 129 amortizasia xərcləri və 2 746 627 əmlak vergisidir”-deyə açıqlama vurğulanır.

Azpost.info

 

Əvvəlki məqalə

“Belarusda çoxuşaqlı ailələr mənzillə təmin olunacaqlar” 

Sonrakı məqalə

Aİ Belarus hökumətini yeni sanksiyalarla hədələdi