Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • İqtisadiyyat

Sahibkarlara şad xəbər –

User 30 İyul 2026 - 14:50 (Last updated: 30 İyul 2026 - 14:50)
gomruk mal

Azərbaycanda qeyri-neft-qaz məhsulları ixrac edən mikro, kiçik və orta sahibkarlar üçün yeni dövlət dəstəyi mexanizmi tətbiq olunacaq. Yeni qaydalara əsasən, ixrac zamanı ödənilən gömrük rəsmiləşdirilməsi xərclərinin bir hissəsi dövlət tərəfindən kompensasiya ediləcək.

Bu barədə Prezidentin 16 iyun 2026-cı il tarixli “Qeyri-neft-qaz malları üzrə ixracın dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanında nəzərdə tutulub.

Yeni mexanizmə əsasən, yalnız Azərbaycan mənşəli qeyri-neft-qaz məhsullarını ixrac edən mikro, kiçik və orta sahibkarlıq subyektləri bu dəstəkdən yararlana biləcəklər. Malların yerli mənşəli olması isə müvafiq mənşə sertifikatı ilə təsdiqlənməlidir.

Kompensasiya yalnız faktiki ixrac edilmiş mallar üzrə ödənilən gömrük rəsmiləşdirilməsi xərclərinə şamil olunacaq. Dəstəyin məbləği malların gömrük dəyərinə tətbiq edilən yığım dərəcələrindən asılı olaraq hesablanacaq və hər ixrac bəyannaməsi üzrə maksimum kompensasiya məbləği müəyyən ediləcək.

Bundan əlavə, mexanizmin qüvvədə olduğu dövrdə qeyri-neft-qaz məhsullarının ixracı ilə bağlı gömrük nəzarəti, gömrük müşayiəti və malların saxlanmasına görə tutulan gömrük yığımları artırılmayacaq.

Kompensasiya nə vaxt ödəniləcək?

Yeni dəstək mexanizmi 2026-cı il sentyabrın 1-dən 2031-ci il sentyabrın 30-dək həyata keçirilən ixrac əməliyyatlarına şamil ediləcək.

Kompensasiya ixracatçının müraciəti və təqdim etdiyi sənədlər əsasında hesablanacaq. Ödənişlər hər rüb ərzində faktiki ixrac olunmuş mallar üzrə müəyyən ediləcək və rüb başa çatdıqdan sonra İqtisadiyyat Nazirliyi tərəfindən həyata keçiriləcək.

Daha hansı qaydalar müəyyən ediləcək?

Dəstək mexanizminin tam tətbiqi üçün əlavə normativ aktlar qəbul ediləcək. Həmin sənədlərlə kompensasiyanın şamil ediləcəyi qeyri-neft-qaz mallarının siyahısı, dəstəyin tətbiq olunacağı ixrac ölkələri və ölkə qrupları, ödəniləcək kompensasiyanın yuxarı həddi, müraciət və baxılma qaydası və dəstəyin şamil olunmadığı əməliyyatlar və şəxslər müəyyən ediləcək.

Məqsəd nədir?

Yeni mexanizmin əsas məqsədi mikro, kiçik və orta sahibkarların ixrac xərclərini azaltmaq, onların xarici bazarlara çıxışını asanlaşdırmaq və Azərbaycanın qeyri-neft-qaz ixracının həcmini artırmaqdır. Dövlət hesab edir ki, bu təşviq ixrac potensialının genişlənməsinə və yerli istehsalın rəqabət qabiliyyətinin yüksəlməsinə əlavə töhfə verəcək.

Samir Abdulla

AzPost.az

Post navigation

Previous: ABŞ İranla bağlı həlledici seçim qarşısında –
Next: İnsult riskini azaltmağın ən təsirli yolları

Oxşar xəbərlər

dollar02
  • İqtisadiyyat

ABŞ-ın dövlət borcu rekord həddə çatdı – 40,5 trilyon dolları keçdi

User 28 Oktyabr 2026 - 14:44
bankomat_dollar_141021
  • İqtisadiyyat

Bu günə olan valyuta məzənnələri

User 28 Oktyabr 2026 - 09:30
valyuta
  • İqtisadiyyat

Bu günə olan valyuta məzənnələri

User 27 Oktyabr 2026 - 10:25

xƏBƏR

tramp erdoqan gorus
  • Dünya

Ərdoğan Trampla telefonla danışdı – Regional prosesləri müzakirə etdilər

User 28 Oktyabr 2026 - 23:21
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Donald Trampla telefon danışığı aparıb. Bu barədə Türkiyə Prezident Administrasiyası...
Read more about Ərdoğan Trampla telefonla danışdı – Regional prosesləri müzakirə etdilər
İlham Əliyev İspaniyada qatar qəzası ilə bağlı başsağlığı verib ilham aliyev
  • Siyasət

İlham Əliyev İspaniyada qatar qəzası ilə bağlı başsağlığı verib

User 28 Oktyabr 2026 - 22:44
Yuxuya getməyi asanlaşdıran 5 qida – Yatmazdan əvvəl bunları yeyin yuxu yat
  • Maraqlı

Yuxuya getməyi asanlaşdıran 5 qida – Yatmazdan əvvəl bunları yeyin

User 28 Oktyabr 2026 - 22:24
Bakıda məktəbdə çəkiliş edən jurnalistlər zorakılığa məruz qalıb – VİDEO dava
  • Sosial

Bakıda məktəbdə çəkiliş edən jurnalistlər zorakılığa məruz qalıb – VİDEO

User 28 Oktyabr 2026 - 22:05
Rusiya və Ukrayna minaları təmizləməyə başlayıb – Melani Trampdan açıqlama xerson surasi
  • Dünya

Rusiya və Ukrayna minaları təmizləməyə başlayıb – Melani Trampdan açıqlama

User 28 Oktyabr 2026 - 21:16
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.