Sahibkarlardan dövlət zəmanətli kredit almaq üçün 7 min müraciət daxil olub

Azərbaycanda koronavirus (COVID-19) pandemiyasından zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlardan dövlət zəmanəti ilə kredit almaq üçün 1,7 milyard manat məbləğində 6 940 müraciət daxil olub.

Bu xəbəri İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun sədri vəzifəsini icra edən Osman Xaliyev bildirib.

Onun sözlərinə görə, bu müraciətlərdən 2 630-na müsbət cavab verilib və dövlət zəmanəti ilə 499,8 milyon manat kredit verilib. Kreditlərin say üzrə 99,4 %-i, məbləğ üzrə isə 91,7 %-i mikro, kiçik və orta sahibkarlarıq subyektlərinin payına düşüb.

Xatırladaq ki, 30 iyun 2020-ci ildən 31 dekabr 2021-ci ilə qədərki dövrü əhatə edən proqram çərçivəsində 500 milyon manatlıq kreditə 300 milyon manata qədər dövlət zəmanətinin verilməsi, eyni zamanda kredit faizlərinin 10 faiz bəndinə qədər hissəsinin subsidiyalaşması nəzərdə tutulurdu.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Tacikistan-Qırğızıstan sərhədində baş verən münaqişədə tacik tərəfdən iki nəfər ölüb

Sonrakı məqalə

Azərbaycanda koronavirusa yoluxanların yaş bölgüsü açıqlanıb