Tacikistan-Qırğızıstan sərhədində baş verən münaqişədə tacik tərəfdən iki nəfər ölüb

Tacikistanın Qırğızıstanla sərhədində yerləşən İsfara şəhəri yaxınlığında sərhədçilər arasında baş verən silahlı münaqişə nəticəsində ötən gecə tacik tərəfdən 2 nəfər ölüb, 10 nəfər yaralanıb.

Tacikistan Dövlət Təhlükəsizlik Komitəsinin mətbuat xidmətinə istinadla xəbər verir ki, yaralananlardan 6-sı hərbçi, 4-ü mülki şəxsdir.

Qırğızıstan tərəfinin yaydığı məlumata görə, qarşıdurmada 11 hərbçi yaralanıb.

Qırğızıstan sərhəddə yerləşən kəndlərdən 11 mindən çox sakini təhlükəsiz ərazilərə köçürüb.

Bu gün səhər saatlarından başlayaraq sərhəddə vəziyyətin sabitləşdiyi barədə məlumatlar yayılmaqdadır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Vladimir Zelenski Ukrayna Milli Qvardiyasının komandanını işdən çıxarıb

Sonrakı məqalə

Sahibkarlardan dövlət zəmanətli kredit almaq üçün 7 min müraciət daxil olub