Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

“Sahibkarların innovativ bacarıqlarınının artırılması” adlı layihəyə start verildi

User 13 İyun 2025 - 18:55 (Last updated: 24 İyun 2025 - 14:11)
sa01

Dövlətimizin iqtisadi qüdrətinin formalaşmasında sahibkarlıq fəaliyyətinin inkişafı prioritet olduğu üçün bu sahədə İKT-nin, süni intellektin faydalarından bəhrələnmək günün tələbidir desək, yanılmarıq.

Statistikaya nəzər yetirdikdə əvvəlki illərə nisbətdə KOB subyektlərinin nisbətən artımını müşahidə etsək də, onların bir qisminin bazar iqtisadiyyatının şərtlərinə davam gətirməməsini və tədricən sıradan çıxmasını müşahidə edirik. Bunu KOB subyektlərinin istehsal etdiyi məhsulların piarının, marketinqinin, yerli və xarici bazarlara çıxışının zəif olması və ya olmaması ilə, bu sahədə biliklərə, maariflənməyə ehtiyac olması ilə əlaqələndirmək daha doğru olardı. Əgər bu yanaşma beynəlxalq praktikaya əsaslanmış müasir tərzdə, innovativ süni intellekt nəzəriyyəsinə uyğun yaradılmış texnoloji proseslər, proqramlar əsasında (öz bizneslərinə, fəaliyyətlərinə tətbiq etməklə) həyata keçirilərsə daha effektiv nəticə əldə etmək olar.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı, İnnovasiya və Sosial İnkişaf İctimai Birliyinin təşkilatçılığı ilə reallaşan   “Sahibkarların innovativ bacarıqlarınının artırılması” adlı layihənin də əsas məqsədini sahibkarlara və öz biznesini yeni quran  gənclərə innovativ üsulların, bacarıqların aşılanması təşkil edir.

Layihənin hədəfi KOB subyektlərinin istehsal etdiyi məhsulların innovativ texnologiyaya əsaslanan marka dəyərinin artırılması, maliyyə resurslarına və beynəlxalq bazarlara çıxış imkanlarının təmin edilməsi sahəsində məlumatlandırma, rəqəmsal marketinqin yaradılması, satış limitlərinin artırılması, PR strategiyasının hazırlanması və bu fəaliyyətləri əhatə edən təlimlərin keçirilməsindən, mövzu üzrə məlumat xarakterli kitabın hazırlanmasından ibarətdir.
Layihə üzrə ilk təlim 12 iyun 2025-ci il tarixində Bakı Resurs Mərkəzində keçirildi. Təlimdə əsasən yeni biznes fəaliyyətinə başlamaq istəyən gənclər, Bakı Dövlət Universitetinin BİM fakultəsinin Beynəlxalq münasibətlər, iqtisadiyyat, Beynəlxalq ticarət və logistika, Dövlət və ictimai münasibətlər, Biznesin idarə edilməsi ixtisasları üzrə təhsil alan tələbələr  və fərdi sahibkarlar iştirak edirdilər.

Təlimdə layihə icraçısı, Bakı Dövlət Universitetinin müəllimi Lalə Maxsudova layihə və onun gənc biznesmenlərə, sahibkarlara verə biləcəyi faydalar haqqında məlumat verdi. Eyni zamanda iqtisadi ekspert, BƏT-biznes təlimçisi, Bakı Biznes Universitetinin müəllimi Bəsti Bəşirova mövzu üzrə süni intelektin biznesdə tətbiqi, rəqəmsal marketinqdə süni intelektin faydaları, marketinq xərclərinin  azalmasına dəstək olan innovativ alətlər, kiber təhlükəsizlik, bazara çıxışı və satışı asanlaşdıran innovativ proqramlar və s.  barədə ətraflı məlumat verdi. Təlimdə mövzunu tam əhatə edən slaydlar təqdim edildi.
Təlimin sonunda BDU-nun  beynəlxalq və logistika ixtisası üzrə təhsil alan 1-ci kurs tələbəsi,  biznesdə ilk addımlarını atan Anar Almasın rəhbərlik etdiyi vokal qrupu maraqlı musiqi nömrələri təqdim edərək tədbiri daha rəngarəng etdilər.

Ümumilikdə təlim qarşılıqlı anlaşma, dialoq şəraitində təşkil edildiyi üçün iştirakçılar tərəfindən böyük maraqla qarşılandı.
Layihə çərçivəsində növbəti təlimlər Bakı və Sumqayıt şəhərlərində təşkil ediləcəkdir.

 

AzPost.az

Post navigation

Previous: “İsrailin İrana qarşı əməliyyatı 14 gün davam edəcək” –
Next: İran İsrailə qarşı ən böyük raket hücumunu planlaşdırır –

Oxşar xəbərlər

White,Sugar,In,Wood,Spoon,On,Wood,Table
  • Sosial

Ağ şəkəri nə ilə əvəz etmək olar? – Həkim şərhi

User 18 Noyabr 2026 - 18:50
tezyiq
  • Sosial

Dərmansız qan təzyiqini necə aşağı salmaq olar? – 4 təbii üsul

User 18 Noyabr 2026 - 18:28
Azərbaycanda vəkillərin
  • Sosial

Bu il 6 vəkil Kollegiyadan xaric olunub, 27 nəfər cərimələnib

User 18 Noyabr 2026 - 18:00

xƏBƏR

White,Sugar,In,Wood,Spoon,On,Wood,Table
  • Sosial

Ağ şəkəri nə ilə əvəz etmək olar? – Həkim şərhi

User 18 Noyabr 2026 - 18:50
Ağ şəkəri orqanizmə düşən yükü və diabet riskini azaltmağa kömək edən daha faydalı məhsullarla əvəz etmək mümkündür....
Read more about Ağ şəkəri nə ilə əvəz etmək olar? – Həkim şərhi
Putin Ukrayna ilə müharibəni qışın sonunadək davam etdirmək istəyir putin herbi
  • Dünya

Putin Ukrayna ilə müharibəni qışın sonunadək davam etdirmək istəyir

User 18 Noyabr 2026 - 18:38
Dərmansız qan təzyiqini necə aşağı salmaq olar? – 4 təbii üsul tezyiq
  • Sosial

Dərmansız qan təzyiqini necə aşağı salmaq olar? – 4 təbii üsul

User 18 Noyabr 2026 - 18:28
“Azərbaycanla sülh qurmalıyıq, biz Avstraliyada yaşamırıq” – PAŞİNYAN pasinyan parlament
  • Dünya

“Azərbaycanla sülh qurmalıyıq, biz Avstraliyada yaşamırıq” – PAŞİNYAN

User 18 Noyabr 2026 - 18:18
İran Məkkə Paktına qoşulma ilə bağlı qərar verdi mekke-sazisi
  • Dünya

İran Məkkə Paktına qoşulma ilə bağlı qərar verdi

User 18 Noyabr 2026 - 18:10
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.