Şahmar Mövsümov: “Həftəsonu ictimai nəqliyyatın fəaliyyət göstərməsi ilə bağlı məsələ müzakirə olunmur”

26 İyul 2021 - 15:55

“Həftəsonu ictimai nəqliyyatın fəaliyyət göstərməsi ilə bağlı məsələ müzakirə olunmur”.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyanın İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib.

O deyib ki, şənbə və bazar günlərində ictimai nəqliyyat işləmədiyi üçün yoluxma sürəti aşağı düşür: “Bunun nəticəsində biz yoluxma sürətinə nəzarət edə bilirik”.