Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Şahzadə Diananın ziyafət paltarı hərraca çıxarılıb

User 07 Yanvar 2023 - 13:12 (Last updated: 21 May 2025 - 20:15)
16730778431201848077_1200x630

Uels şahzadəsi Dianaya (1961-1997) məxsus ziyafət paltarı Nyu-Yorkdakı Sotheby’s satış evində hərraca çıxarılıb.

Bu barədə satış evinin mətbuat xidməti məlumat yayıb.

Modelyer Viktor Edelşteyn tərəfindən 1989-cu ildə hazırlanan tünd badımcan rəngli məxməri paltar 1997-ci ildə – Diananın ölümündən bir ay əvvəl hərracda satılmışdı. Budəfəki hərracda paltar şəxsi kolleksiyadan təqdim olunur.

Xatırladılır ki, Edelşteyn 1982-1993-cü illərdə Diana üçün geyimlər hazırlayıb. Ekspertlər hərraca çıxarılan paltarı 80-120 min dollar dəyərində qiymətləndirirlər. Hərrac yanvarın 23-də keçiriləcək.

Diana 1981-1996-cı illərdə Britaniya taxt-tacının varisi Şahzadə Çarlzın (indiki Böyük Britaniya kralı III Çarlz) həyat yoldaşı olub. O, xeyriyyə tədbirlərinin “kraliçası”, moda dünyasının simvolu sayılırdı, bundan əlavə, Diana kral ailəsinə xas olmayan davranışı ilə bütün dünyanı fəth etmişdi. Britaniyanın BBC yayım korporasiyası tərəfindən 2002-ci ildə keçirilən ümummilli sorğuda Şahzadə Diana bütün zamanların 100 ən böyük britaniyalısı siyahısında üçüncü yeri tutmuşdu.

Şahzadə 1997-ci il avqustun 31-də Alma körpüsünün altındakı Paris tunelində avtomobil qəzası nəticəsində həlak olub. Diananın olduğu “Mercedes” onu izləyən fotoqraflardan aralanmağa çalışarkən yüksək sürətlə tunelin divarına, daha sonra nəqliyyat axınını ayıran sütuna çırpılıb və aşıb. Şahzadənin mühafizəçisi ağır qəzadan sağ çıxan yeganə şəxs olub. Diana, onun sevgilisi Dodi al-Fayed və avtomobilin sürücüsü həyatını itirib(azərtac).

Post navigation

Previous: Qar yağacaq, yollar buz bağlayacaq
Next: Prezidentin xüsusi nümayəndəsi Qubadlı sakinlərini bərpa işləri barədə məlumatlandırıb –

Oxşar xəbərlər

kocaryan
  • Dünya

Robert Koçaryanın həbs müddəti daha 2 ay uzadıldı

User 23 Oktyabr 2026 - 20:07
dron hava sari
  • Dünya

Hava şarları ilə idarə olunan PUA-lar Moskva aeroportlarına hücum edib

User 23 Oktyabr 2026 - 18:37
peskov
  • Dünya

“Putin, Tramp və Çin Sədrinin görüşü dünyanın taleyini həll etməyəcək” – KREML

User 23 Oktyabr 2026 - 18:05

xƏBƏR

qida axsam
  • Maraqlı

Axşam yeməyində bu 5 qidaya üstünlük verin – Həzmi, yuxunu yaxşılaşdırır

User 23 Oktyabr 2026 - 20:15
Axşam yeməyi yuxunun keyfiyyətinə, həzm sisteminin fəaliyyətinə, gecə ərzində orqanizmdə gedən bərpa proseslərinə və səhər iştahasına təsir...
Read more about Axşam yeməyində bu 5 qidaya üstünlük verin – Həzmi, yuxunu yaxşılaşdırır
Robert Koçaryanın həbs müddəti daha 2 ay uzadıldı kocaryan
  • Dünya

Robert Koçaryanın həbs müddəti daha 2 ay uzadıldı

User 23 Oktyabr 2026 - 20:07
Google telefon nömrənizi bütün hesablarınıza bağlaya bilər – bunu necə dayandırmalı? google podkast
  • Maraqlı

Google telefon nömrənizi bütün hesablarınıza bağlaya bilər – bunu necə dayandırmalı?

User 23 Oktyabr 2026 - 20:05
Pendirin ürəyə faydası nədir? – Alimlər maraqlı nəticə açıqladı pendirler
  • Maraqlı

Pendirin ürəyə faydası nədir? – Alimlər maraqlı nəticə açıqladı

User 23 Oktyabr 2026 - 19:55
Şimal rayonlarında yanacaq qıtlığı yaranıb? – SOCAR-dan açıqlama yanacaqdolruma
  • Sosial

Şimal rayonlarında yanacaq qıtlığı yaranıb? – SOCAR-dan açıqlama

User 23 Oktyabr 2026 - 19:45
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.