Şair, jurnalist Əhməd Oğuz vəfat edib

31 Avqust 2021 - 11:52

Tanınmış şair, jurnalist Əhməd Oğuz 59 yaşında vəfat edib.

Bu haqda APA-ya Azərbaycan Yazıçılar Birliyinin mətbuat katibi Xəyal Rza məlumat verib.

O bildirib ki, şair bu gün səhər saatlarında vəfat edib.

Qeyd edək ki, Ə.Oğuz uzun müddətdir ki, onkoloji xəstəlikdən müalicə olunurdu.