“Saleh Rüstəmovun vəziyyəti diqqətdə saxlanır” –

Ombudsman Aparatı
15 Noyabr 2021 - 20:51

“Ombudsmanın tapşırığı əsasında Ombudsman Aparatının əməkdaşları Milli Preventiv Qrupunun həkim üzvlərinin iştirakı ilə noyabrın 14-də Saleh Rüstəmovla görüş keçirib”.

Bunu “Turan” İnformasiya Agentliyinə Ombudsman Aparatının mətbuat xidmətindən deyiblər. Məlumata görə, Saleh Rüstəmovun vəziyyəti diqqətdə saxlanılır, ailə üzvləri və vəkili ilə görüşləri təmin olunur.

Gədəbəy rayonunun hazırda həbsdə olan keçmiş icra başçısı Saleh Rüstəmovun artıq 10 gündür aclıq aksiyası keçirdiyi bildirilir. Bu barədə Azadlıq Radiosuna onun yaxınları məlumat verib.

Yaxınları bildirib ki, S.Rüstəmov aksiyaya səbəb kimi icrasına başlanan Amnistiya Aktına düşməməsi, qanunsuz olaraq üç ildən artıqdır həbsdə saxlanması və ailəsinin mülkünün müsadirəsini qeyd edib.

Azərbaycan Milli Məclisi noyabrın 5-də Amnistiya Aktı haqqında qərar qəbul edib. Aktın bütünlükdə 16 min civarında şəxsə şamil ediləcəyi, onlardan 3 minınin sırf həbsdən azadlığa buraxılacağı açıqlanıb.