Şamaxıda baş verən zəlzələlər Bakıda da hiss olunub

20 Noyabr 2021 - 20:17

“Pirquludan 20 km cənubda Şamaxı ərazisində zəlzələnin dərinliyi, orta gücdə olması böyük əraziləri əhatə etdi. Hətta Bakıda çoxmərtəbəli binalarda da hiss olunub”

Bunu APA- ya Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli deyib. O bildirib ki, avtoşoklar davam edir, bir neçəsi qeydə alınıb:

“Xırda təkanlar olmalıdır ki, enerji boşalması getsin və fon səviyyəsinə gəlsin. Daha güclü zəlzələnin olacağına inanmıram. Çünki 5.1, 4.1 , sonra 2.5 və 2 bal gücündə zəlzələlər müəyyən qədər enerji boşalmasını təmin edib. Yəni katastrofik dağıdıcı təkanları olacağına inanmıram”.

Qeyd edək ki, noyabrın 20-də ölkə ərazisində iki zəlzələ qeydə alınıb. Zəlzələlər 3-5 bal gücündə hiss olunub.